Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı QƏRAR VERİLDİbackend

Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı QƏRAR VERİLDİ

9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.

KONKRET.az-ın məlumatına görə, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.

Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi.

Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu./publika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*