Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılacaq – TARİXbackend

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılacaq - TARİX

Gələn ay “Pakistan Beynəlxalq Hava Yolları” (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

KONKRET.az bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*