Azərbaycanla Türkiyə Rusiyaya 13,3 milyon yumurta göndəribbackend

Azərbaycanla Türkiyə Rusiyaya 13,3 milyon yumurta göndərib

Azərbaycan və Türkiyə bu günə qədər Rusiyaya 13,3 milyon yumurta ixrac edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yayıb.

“Fevralın 1-dən 4-nə qədər “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası idxal edilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən ilin sonu Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanılıb. Belə ki, dekabrın 20-si yayılan məlumata görə, Rusiyaya “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Xatırladaq ki, Rusiya ölkədə yumurtanın qiymətinin kəskin artması fonunda 2024-cü ilin ilk yarımilliyində idxal rüsumunu ləğv edib. İlkin ehtimallara görə, bu 1,2 milyard yumurta idxal etməyə imkan verəcək.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*