backend

Azərbaycanlı alim Özbəkistanda keçirilən iki onlayn elmi konfransa qatıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistandakı Nəvai Dövlət Pedaqoji İnstitutu “Təhsildə müəllim-tələbə sistemi keyfiyyət və səmərəliliyin qarantıdır” mövzusunda elmi konfrans keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, konfransı institutun rektoru, professor Bahadur Sabirov açaraq ilk sözü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya verib. Onlayn rejimdə keçirilən konfransda nəvaişünas alimin “Əlişir Nəvai və Pəhləvan Məhəmməd (Əlişir Nəvainin “Haləti-Pəhləvan Məhəmməd” əsəri müstəvisində)” məruzəsi dinlənilib.

Buxara Dövlət Universitetinin aprelin 25-də keçirdiyi “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfransda isə azərbaycanlı alim “Əlişir Nəvai irsinin Azərbaycanda tədqiqi metodikası” mövzusunda məruzə ilə çıxış edib.

Hər iki konfransa özbək alimlərlə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin alimləri də onlayn formatda qatılaraq məruzələr ediblər.

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova daha bir neçə onlayn elmi konfransa dəvət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*