“Sabah”ın futbolçusunun faciəvi ölümünün təfərrüatı: “Yaxınları kömək üçün…” – YENİLƏNİBbackend

“Sabah”ın futbolçusunun faciəvi ölümünün təfərrüatı: “Yaxınları kömək üçün…” - YENİLƏNİB

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölümünün bəzi detalları məlum olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Qusarda yaxınları ilə meyvə sulamağa gedən Amid daha sonra çimmək üçün çaya girib. Boğulduğunu görən yaxınları kömək etmək istəsələr də, batan futbolçunu xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Amid Alxasov “Vətən” İdman Liseyinin 10-cu sinif şagirdi imiş.

***

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

“Sabah” FK gənc futbolçu Amid Alxasovun faciəvi şəkildə dünyasını dəyişməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” – , paylaşımda qeyd olunub.

Qeyd edək ki, A. Alxasov ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*