İranda ev dustaqlığında saxlanılan müxalif lider, “Yaşıl Hərəkat”ın rəhbəri Mir Hüseyn Musəvi və Zəhra Rahnəvərd koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hazırda onların ümumi vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Qeyd edək ki, İranda 2009-cu ildə prezident seçkilərinin nəticələrinə etiraz edən müxalif namizəd Musəvi və həyat yoldaşı “iğtişaşlara dəstək vermək” maddəsi ilə 2011-ci ildən bəri ev dustaqlığında saxlanılır. O, Güney Azərbaycanın Təbriz şəhərindəndir. (axar.az)
