“Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirdibackend

“Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirdi

“Azərişıq” ASC ötən il noyabrın 8-də işğaldan azad edilmiş Şuşa şəhərinin abunəçi kodunu sistemə əlavə edib.

KONKRET.az report-a istinadən xəbər verir ki, artıq ilk abunəçilərə kodlar təqdim edilib.

Kodları ilkin olaraq şəhərdə fəaliyyət göstərən dövlət strukturları alıb və sayğaclar quraşdırılıb.

Yeni abunə kodu Şuşanın avtomobil nömrəsi seriyası olan 58 rəqəmi ilə başlayır. Əhali qrup abunəçilər üçün 15, qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*