Bakı Kommersiya Məhkəməsində “Zəmanət” firmasının “Azərsu” ASC-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.
Qeyd: “Zəmanət” firması “Azərsu” ASC-ni məhkəməyə verərək mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.
