“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir? – AÇIQLAMAbackend

“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir? - AÇIQLAMA

Son illərdə Azərbaycanda bank olmayan kredit təşkilatlarından (BOKT) istifadə edən şəxslərin sayı artıb. Bu cür kreditlər daha sürətli və asan bir şəkildə alınması ilə tanınır.

“Azpulmat”, “Manato” və digər bu tip təşkilatlar vətəndaşlara kiçik məbləğlərdə və qısamüddətli kreditlər təklif edir. Çox vaxt bəzi şəxslər borc öhdəliklərini düzgün yerinə yetirmirlər. Onlar kreditin qaytarılmasını gecikdirir və ya tamamilə ödəməkdən imtina edirlər.

Bəs BOKT-lara borcunu ödəməyən şəxsi nə gözləyir?

KONKRET.az xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, kredit ittifaqları ilə banklar arasındakı fərq əsasən onların yaradılmasında tələb olunan nizamnamə kapitalının minimum məbləği ilə müəyyən edilir. Mahiyyət etibarilə onların işləmə mexanizmləri oxşar və bir çox hallarda eynidir:

“Bankların nizamnamə kapitalı mövcud qanunvericiliyə uyğun olaraq 50 000 000 manat olaraq müəyyən edilib. Bank olmayan kredit təşkilatları (BOKT) kommersiya hüquqi şəxs olduqda 300 000 manat, qeyri-kommersiya hüquqi şəxs olduqda isə minimum 30 000 manat nizamnamə kapitalına malik olmalıdır. Kredit ittifaqlarında isə bu məbləğ 4 000 manat təşkil edir. Bu qurumların əsas funksiyası kredit verməkdir və onların əsas müştəriləri orta statistik Azərbaycan vətəndaşları, sahibkarlar və digər sahələrdə fəaliyyət göstərən şəxslərdir. Banklar bank olmayan kredit təşkilatları və kredit ittifaqlarından fərqli olaraq, kredit risklərini azaltmaq üçün girov tələb edə bilirlər”.

Ekspert qeyd edib ki, “Azpulmat” və “Manato”da da elektron müqavilələrdən geniş istifadə olunur:

“Kredit götürən şəxs FİN kodu vasitəsilə elektron sistemə daxil olaraq kredit rəsmiləşdirə bilər. Borcun ödənilməməsi halında isə BOKT-lar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilirlər. Məhkəmə tərəfindən borcun ödənilməsi ilə bağlı qərarlar inzibati qaydada icra edilir”.

  • İsa
    Fevral 14, 2025 - 21:36

    0517516684

  • Əli
    Fevral 14, 2025 - 22:12

    Aylıq dedim manatoya razilasmadilar

  • Cavanşir
    Fevral 14, 2025 - 22:32

    Borcum var pul gotre bilmrem

  • TUNZALE
    Fevral 15, 2025 - 08:12

    Salam.Kredit 15min Vere Bilirsiz
    NECE faizle.Nece Illik Mene Komek Edin.

    • Fuad
      Fevral 15, 2025 - 23:04

      Neynirsiz eleyin manato azpulmat götürməyin valla cox zibil weyd

  • Elzamin
    Fevral 16, 2025 - 09:26

    Salam menim hal hazirda ikisinede borcum var faizi dayandirilmir ve aylğa bolunmur deye odye bilmirem ve tez tez zeng edib narahat edirler xaiş edrem bu barede mene komekliy edesiniz

  • Rusif
    Fevral 16, 2025 - 19:17

    Salam menimde ikisinede borcum var ayliqa bolmurler

  • Cəmil Fərziyev
    Fevral 16, 2025 - 20:53

    Mənimdə borcum var amma ödəyə bilmirəm hissə ödəmək istəyirəm mənə köməklik edərdiz

  • Shafi
    Fevral 17, 2025 - 10:39

    Heç kimin yolu bunlara düşməsin adamı soymaqla məşğuldurlar nə qədər götürmüsüz 100% ni üsdünə gəlir elədə davranırlar zəng edib elə bil gəldiyi faiz gecikməyə gəldiyi məbləğidə mən xərcləmişəm rəsmi elə bilki sələm düzəldiblər özləri üçün danışmağa düz əməlli adamda tapmaq olmur kimdi yiyəsi bəlli deyil ağzının danışığını bilməyən adamları yığıblar gündə ayrı ayrı nömrələrdən narahat edirlər ağlınız olsun uzaq durun neçə dəfə demişəm sağlamlığımdan problem var deyə ödüyə bilmirəm bu yaxınlarda danışdım ayba ay atım razılaşdı pulu atdım 2 gün sonra zəng edib yenə başımı xarab elədilər ki ödüyün ödüyün zəng edib təhdid edir icra ilə başda indi deyrəm ver icraya nə icraya vermirlər nə hər gün narahat eləməkdən qalmırlar özlərinə hörmət etmirlər bir sözlə.

  • Dilarə
    Fevral 17, 2025 - 18:55

    Bircu necə öyrənmək olar,deyərdiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*