“Aztelekom”: Sumqayıt TKQ rəisinin həbsi xəbəri həqiqəti əks etdirmir – YENİLƏNİBbackend

"Aztelekom": Sumqayıt TKQ rəisinin həbsi xəbəri həqiqəti əks etdirmir - YENİLƏNİB

“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə Report”a MMC-dən bildirilib.

Məlumat üçün qeyd edək ki, hazırda audit planına uyğun olaraq “Aztelekom” MMC-nin Daxili audit departamenti tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.

***

20:09

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

KONKRET.az Unikal.org-a istinadən xəbər verir ki, son 1 ay ərzində sözügedən qurumda audit yoxlamaları aparılıb.

Onun saxlanılmasına səbəb yeraltı kabelləri satması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*