AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırdır – FOTObackend

AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırdır - FOTO

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV)  baş redaktoru Etibar Babayev koronavirusa yoluxub və hazırda vəziyyəti olduqca ağırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb. Paylaşımda deyilir:

* … 02.07.2020 … Son günlərin ağır və üzücü xəbərlərinə biri də əlavə olundu … AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirildi … Dünyanı cənginə alan koronavurus daha bir həmkarımızı yaxaladı … Dövlətimizin virusun yayılmaması üçün apardığı qabaqlayıcı tədbirlər göz önündədir … Lakin təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu … Bu dəqiqələrdə həyatda qalmaq üçün mücadilə aparan Etibar müəllimin dualarınıza ehtiyacı var …

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tele-məkanında öz yeri, öz nüfuzu olan Etibar Babayevi məşhur “Kinoklub”un yaradıcısı kimi tanıyırıq … Tamaşaçılar onun yaratdığı bu verilişi uzun illər sevə-sevə izləyib … Etibar Babayev əsl peşəkardır … Ömrünü televiziyaya həsr edən bu insan Azərbaycan kino və teatr sənətinin korifey sənətkarları ilə işləmiş, onlarla dostluq etmişdir … Bəlkə elə bu dostluğun nəticəsi idi ki, Kinoklub o qədər uzunömürlü və maraqlı idi … Çünki o verilişdə səmimiyyət vardı … Bu gün isə Etibar Babayevin tamaşaçı sevgisinə yox, duasına ehtiyacı var … Tanrı köməyin olsun gözəl insan ..”

 

  • Mahir
    İyul 3, 2020 - 12:02

    Biz dua edirik.Amma biz Hacı Nuran beyden xahiş edirik ki,dost merkezine müraciet etsin(artig derecede xahiş edirik),evde4az yaşliuşag,böyük oglum esger.Men Memmedova Sevinc Arif 35yaşli bir anayam.mart ayindan dost merkezine müraciet etmişem,bize hec bir meraciete cavab verilmir.4aydir bu uşaglara hec bir ne190,ne ÜSY ,ne de 250 verilmir.Menbu uşaglari zülümnen böyütmüşem.Siz dost merkezine,sosial nazirliye müraciet edin ve soruşun.Sizi neAllah, ne de prezident bagişlamayacag.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*