Bakıda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
4 yaşlı Cəlali Zəhra Anar qızı yaşadıqları binanın 6-cı mərtəbəsinin eyvanından yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.//Lent.az
