Yetkinlik yaşına çatmayan qızın ərə verilməsi ilə bağlı video yayılıb.
KONKRET.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin nişan mərasimində çəkildiyi bildirilir. Videoya yazılan şərhlərdə bəzi insanlar həmin videonun Bərdə rayonunun Soğanverdi kəndində, bəziləri isə Gürcüstanda çəkildiyini deyir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Lent.az-a bildirilib ki, görüntülərin harada çəkilməsi ilə bağlı araşdırma aparılır.
Videonu təqdim edirik:
