Baba və nəvələri meşədə yoxa çıxdı, ertəsi gün… – Ruslar təşvişə düşübbackend

Baba və nəvələri meşədə yoxa çıxdı, ertəsi gün... - Ruslar təşvişə düşüb

Rusiyada yayılan bu xəbər ölkədə böyüş təşviş yaradıb.

KONKRET.az xəbər verir ki, Sverdlovsk vilayətində iki uşaq babası ilə Burmakina kəndi yaxınlığındakı meşəyə getdikdən sonra izsiz yoxa çıxıb.

12 yaşlı uşaq və onun 10 yaşlı bacısının meşədə azdığı ehtimal olunur. İlkin məlumatlara görə, uşaqlar və babaları bağçadan çıxıb gəzintiyə çıxıblar. Ertəsi gün meşədən baba tapılsa da, yanında nəvələri olmayıb.

Təqaüdçü uşaqların hara itdiyini izah edə bilməyib. Onun insultdan sonra nitqində problemlər var. Ana övladlarının heç vaxt evdən qaçmadığını deyib. Məlum olub ki, məktəblilər Sverdlovsk vilayətinə Tümendən gəliblər və ətraf əraziləri yaxşı tanımırlar.

Axtarışlara 300 nəfər cəlb edilib. Hüquq-mühafizə orqanlarında hadisə ilə bağlı cinayət işi açılıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*