Babayan: “Başımıza bu oyunları ruslar açdı”backend

Babayan: "Başımıza bu oyunları ruslar açdı"

Separatçı Samvel Babayan Rusiyanı sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, o, öz məqaləsində bildirib ki, Qarabağ problemindən istifadə edən və sülhməramlı fəaliyyətlərin arxasında gizlənən Rusiya faktiki olaraq türk müttəfiqini Ağdama dəvət edib.

“Rusiyanın razılığı ilə 2020-ci ildə Azərbaycan 5000 kvadratmetr km. əraziyə nəzarəti bərqərar edib. Bu gün Rusiya etnik təmizləmə faktlarını tələb edir. Etnik təmizləmə Rusiyanın iştirakı ilə baş verib və bu mənada fakt tələbi rus sülhməramlılarını ifşa edir.

Rusiya Federasiyasının rəsmi nümayəndələri isə hərəkətsizlik ittihamlarını qəbul etmirlər. Onlar iddia edirlər ki, Rusiya sülhməramlılarının məsuliyyətli və fəal iştirakı ilə ermənilərin Qarabağ ərazisindən təhlükəsiz çıxarılması təmin edilib. Yəni Rusiyanın sülhməramlı missiyası mahiyyət etibarı ilə öz məqsədinə nail olub. Erməni xalqının deportasiyasından sonra Rusiya sülhməramlılarının Qarabağda olması isə “soyqırım”ın qanuniləşdirilməsindən və məsuliyyətin bölünməsindən başqa bir şey deyil. Belə götürdükdə başımıza bu oyunları ruslar açdı”.

Natiq Səlim,

KONKRET.az

  • Nazim
    Fevral 7, 2024 - 16:01

    Bunlar bax belə çörəyi dizi üstə olan millətdir.Vaxtilə rusların köməyi ilə Azərbaycanın dədə baba törpaqlarında etnik təmizləmə aparıb saxta erməni dövləti qurdular İndi it yiyəsinə ağız atır.Amma yaxşı edirlər ruslara bu da azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*