Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
Belə ki, 67-BL-197 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarında olan qaz borusuna, rabitə dirəyinə, ardınca tikiliyə çırpılıb.
Qəza zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
KONKRET.az