“Baboş” ləqəbli “Tik-Tok”er SAXLANILDI – VİDEObackend

"Baboş" ləqəbli "Tik-Tok"er SAXLANILDI - VİDEO

“Tik – Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazilərini sərt tənqid etməsi səbəb olub. Daha sonra “Tik-Tok”er qaziləri Nərimanov ərazisində yerləşən Çingiz Xan restoranına dəvət edib. Elə restoran ətrafında onlar arasında mübahisə yaranıb.

Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Səs-küy salaraq ictimai asayışı pozan Baboş ləqəbli fenomen “Tik-Tok”çu saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.

Ona qarşı inzibatı qaydanı pozması haqqında ittiham irəli sürüləcəyi və barəsində toplanmış materialların baxılması üçün məhkəməyə göndəriləcəyi iddia edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*