Bağ evlərində qiymətlər bahalaşdı – VİDEObackend

Bağ evlərində qiymətlər bahalaşdı - VİDEO

Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahidə edilir.

KONKRET.az xəbər verir ki, əmlak eksperti Mülkədar Rüstəmov “Xəzər Xəbər”ə deyib ki, ötən illə müqayisədə paytaxtın ətraf rayonlarında kirayə verilən bağ evlərinin qiymətində ciddi artım var.

Bu əsasən dəniz mənzərəli və hovuzu olan mənzillərdə daha çox hiss olunur. Evlərin mart və aprel aylarından bron edilməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ekspert qeyd edib ki, Bakıdakı bağ evləri demək olar ki aylıq istirahət üçün istifadə olunur.

Bu mövsüm bölgələrdə də kirayə mənzillərin qiymətində dəyişkilik qaçılmaz olacaq.

Mülkədar Rüstəmov deyir ki, rayonlara üz tutanlara əraziyə görə fərqli qiymətlər təklif oluna bilər.

Ekspert əlavə edib ki, yay aylarında ölkəmizə gələn turistlərin sayının çoxluğu da qiymətlərə təsir edən amillərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*