Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan varbackend

Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az  xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili vurub. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*