Bakı metrosunda izdiham — Kartlar işləmir – FOTObackend

Bakı metrosunda izdiham — Kartlar işləmir - FOTO 

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib.

Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur.

Birbank-da bir sıra ödənişlərlə yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb. Hazırda müştərilərimiz xidmətlərimizdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər. Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*