Bakı Mühəndislik Universitetinin prorektoru İŞDƏN ÇIXARILDIbackend

Bakı Mühəndislik Universitetinin prorektoru İŞDƏN ÇIXARILDI

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bu yaxınlarda universitetin keçmiş rektoru Havar Məmmədov Prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*