Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilibbackend

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilərək yekunlaşıb.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*