Bakı-Sumqayıt yolunda 3 maşın bir-birinə çırpıldı – FOTObackend

Bakı-Sumqayıt yolunda 3 maşın bir-birinə çırpıldı - FOTO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Konkret.az APA-ya istinadən xəbər verir ki,  “Seat” markalı avtomobili idarə edən sürücü Sumqayıtdan Bakıya doğru hərəkətdə olarkən metronun 20 Yanvar stansiyası yaxınlığında idarəetməni itirib.

Nəticədə avtomobil “Lada Priora” markalı avtomobilə çırpılıb. “Priora” isə qarşıda hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsinə dəyib.

Hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*