Bakıda AĞIR QƏZA: Ölən varbackend

Bakıda AĞIR QƏZA: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Kamal Cəlilovun idarə etdiyi “Hyundai HD 120” markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub.

Hadisə nəticəsində ağır xəsarət alan moped sürücüsü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*