Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi – ANBAAN VİDEObackend

Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib.

Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ürəyi zəif olanların videoya baxmaması tövsiyyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*