İtkin düşən ana və övladlarının yeri məlum oldu – YENİLƏNİBbackend

İtkin düşən ana və övladlarının yeri məlum oldu - YENİLƏNİB

Bakıda ana və 4 uşağı itkin düşüb.

KONKRET.az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı – 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları – 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

Araşdırma aparılır.

***

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub:

“Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*