Bakıda avtomobil iki qadını VURDUbackend

Bakıda avtomobil iki qadını VURDU

Bakıda avtomobil iki qadını vurub, onlardan biri ölüb.

KONKRET.az-ın xəbərinə görə, hadisə ötən gün gecə saatlarında Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı”nın qarşısında qeydə alınıb.

Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə M.Tağıyeva hadisə yerində ölüb, A.Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*