Bakıda avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEObackend

Avtomobili səkidə sürdü, həbs olundu - VİDEO

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes-Benz” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*