Bakıda bankın mühafizəçisini ağzından bıçaqladılar – SƏBƏBbackend

Bakıda bankın mühafizəçisini ağzından bıçaqladılar - SƏBƏB

Bakıda bankın mühafizəçisini bıçaqlayan şəxs saxlanılıb.

KONKRET.AZ xəbər verir ki, hadisə “MuğanBank” ASC-nin filiallarından birində qeydə alınıb.

Belə ki, müştəri ilə bankın mühafizəçisi arasında avtomobilin park edilməsi üstündə mübahisə yaranıb. Daha sonra müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Nofəl Sərkərlini saxlayıb.

Faktı “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*