Bakıda beşmərtəbəli yaşayış binasında yanğınbackend

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan iki otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*