Bakıda bu bağçalar işləmir – İki fərqli QƏRARbackend

Bakıda bu bağçalar işləmir - İki fərqli QƏRAR

Bakıda yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar fəaliyyət göstərmir.

KONKRET.az xəbər verir ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilmişdi.

Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaq. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.

Lakin sonradan təhsil naziri Emin Əmrullayev canlı yayında bağçaların bağlanmayacağını açıqladı. Bildirdi ki, qərar ləğv olunub.

Bu iki fərqli qərar aprelin 3-də elan olunsa da dolğun izah verilmədi.

Bu gün isə bir çox valideynlərə məlum olur ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar işləmir.

İzah olaraq deyilir: “Təhsil nazirinin dedikləri bizim bağçalara aid deyil. Nazir açıqlama verəndən sonra Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildirildi ki, nazir dedikləri bu bağçalara aid deyil”./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*