Bakıda ən bahalı torpaq sahəsi bu rayondadır: QİYMƏTLƏR – VİDEObackend

Bakıda ən bahalı torpaq sahəsi bu rayondadır: QİYMƏTLƏR - VİDEO

Bakıda satışa qoyulan torpaq demək olar ki, yox vəziyyətindədir. 

Paytaxta daha yaxın Badamdar qəsəbəsində isə qiymətlər sözün əsl mənasında kəllə-çarxdır. Bu isə həmin ərazidə boş torpağın tükənməsi ilə əlaqədardır. 

Hazırda torpaq bazarında 1 sota görə qiymətlər ərazisinə və şəraitinə görə dəyişir. Ən çox torpaq alış-satışı Abşeron rayonu Masazır qəsəbəsindədir.

Əhali daha çox ucuz, yəni sotu 10 min manata qədər olan torpağı almağa üstünlük verir.

Ümumi qiymətlər isə belədir:

Abşeron rayonu:

Novxanı qəsəbəsi – 1 sotu 11 min manatdan yuxarı

Saray qəsəbəsi – 1 sotu 7-12 min manat arası

Hökməli qəsəbəsi – 1 sotu 5-7 min manat arası

Binəqədi rayonu:

Biləcəri qəsəbəsi – 1 sotu 10-15 min manat arası

Rəsulzadə qəsəbəsi – 1 sotu 50 min AZN-dən yuxarı

Xocasən qəsəbəsi – 1 sotu 8-12 min manat arası

Sulutəpə – 1 sotu 2-4 min manat arası

Xəzər rayonu:

Mərdəkan qəsəbəsi – 1 sotu 3-15 min manat arası

Şüvəlan qəsəbəsi – 1 sotu 6-15 min manat arası

Buzovna qəsəbəsi – 1 sotu 10 min manatdan yuxarı

Ekspertlər əhalini topaq alarkən diqqətli olmağa çağırırlar. Tikinti zamanı hər hansı bir çətinliyin olmaması üçün daha çox torpağın tikintiyə yararlı və çıxarışlı olması vacibdir. Neftlə çirklənmiş ərazilərdən və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən torpaq sahələrini almaq tövsiyə olunmur.

KONKRET.az daha ətraflı baku tv-nin süjetini təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*