Bakıda “Formula 1” konstruksiyaları sökülür, parad gözlənilir – Fotolarbackend

Bakıda “Formula 1” konstruksiyaları sökülür, parad gözlənilir - Fotolar

Bakının Azadlıq meydanında “Formula 1” üçün quraşdırılan konstruksiyalar sökülür.

KONKRET.az-ın verdiyi xəbərə görə, artıq fiziki qüvvə bu gündən həmin avadanlıqların söküntüsünə başlayıb və bir ay ərzində Neftçilər prospekti boyunca quraşdırılan konstruksiyaların sökülməsi başa çatdırılacaq.

Əldə edilən məlumata görə, söküntü yekunlaşdıqdan sonra Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradı keçiriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*