“Dünyaxəbər” informasiya agentliyinin əməkdaşı Aygün Paşayeva cərimələnib.
KONKRET.az-ın məlumatına görə, bu barədə özü məlumat verib.
O bildirib ki, sərt karantin şərtlərini pozmasına səbəb itinin təbi ehtiyacını ödəməsi üçün evdən çıxması olub:
“Səhər saat 10-a işləmiş itimin təbii ehtiyacını ödəməsi üçün həyət evinin qapısının qarşısında (səkiyə çıxmadan) durmuşdum. Polis məni 100 manat cərimələdi”.
Jurnalist məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova məlumat verib.
Ehsan Zahidov isə ona evdə olduğunu, işə getmədiyini deyib.

