Bakıda jurnalist polis bölməsinə aparıldıbackend

Bakıda jurnalist polis bölməsinə aparıldı  

Köşə yazarı Zamin Hacı Binəqədi Rayon Polis Şöbəsinin 6-cı polis bölməsinə aparılıb.

KONKRET.az xəbər verir ki, bu haqda xanımı, jurnalist Sevinc Telmanqızı video paylaşıb.

Z. Hacı evinin qarşısından götürülüb, polis maşınına mindirilib.

Səbəb karantin rejimini pozmaq göstərilib. Belə ki, evinin qarşısındakı küçəyə çıxıb idman edən yazarı əraziyə nəzarət edən polislər saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*