Bakıda körpüdə qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti – metronun “Koroğlu” stansiyasının yaxınlığı, Qara Qarayev prospekti istiqamətində – körpüdə qeydə alınıb.
Nəticədə yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
