Bakıda məşhur restoran söküləcəkbackend

Bakıda məşhur restoran söküləcək

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən “Xan Bağı” restoranı söküləcək. 

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, “Xan Bağı” restoranın bir hissəsi “Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

Məhkəmə “Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq  sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus “Xan bağı ” restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

 

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*