Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurdu – FOTObackend

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurdu - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın APA-ya istinadla xəbərinə görə, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub. Qadın ağır xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü bölməyə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*