Bakıda şəlaləsi olan yeni yaşıllıq parkı açılışa hazırdır – FOTObackend

Bakıda şəlaləsi olan yeni yaşıllıq parkı açılışa hazırdır – FOTO

Bakının Səbail rayonu Mehdi Hüseyn küçəsində Teleteatrın binası ilə üzbəüz yeni parkın salınması istiqamətində işlər yekunlaşır.

KONKRET.az xəbər verir ki, park mövcud ağaclardan maksimum istifadə və əlverişli relyef nəzərə alınmaqla yaradılıb.

Bu ərazi sürüşmə zonası olduğundan torpağın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Bütün işlər başa çatdıqdan sonra bakılılar yeni gözəl və yaşıllığı olan xoş istirahət məkanına sahib olacaqlar.

Bu park Nazirlər Kabinetinin yaxınlığındakı parkdan və Mərkəzi Parkdan sonra yeni abadlıq zolağı hesab ediləcək.

Layihəyə uyğun olaraq burada süni şəlalə, fəvvarə yaradılıb, çoxlu ağaclar əkilib. Parkın yaradılması üzrə işlər son mərhələdədir.

“SkyscraperCity Azerbaijan” tərəfindən yaradılan parkın fotolarını diqqətinizə çatdırırıq:

Roman Göytürk, 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*