Bakıda siqaret çəkənlərdən pul tələb edən “polis” həbs edildibackend

Bakıda siqaret çəkənlərdən pul tələb edən "polis" həbs edildi

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs inzibati qaydada həbs edilib.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü C.V. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində polis əməkdaşına məxsus jiletka geyinərək özünü vətəndaşlara polis əməkdaşı kimi təqdim edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, C.V. bəzi vətəndaşların müəyyən edilməmiş yerdə siqaret çəkdiyini əsas gətirərək onlardan pul tələb edib.

C.V. məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, uşaqlıqdan polis olmaq arzusunda olub və məhz bu səbəbdən polis əməkdaşlarına məxsus jiletkanı geyinib. O, heç bir pis niyyətinin olmadığını, polisin adını ləkələyəcək hərəkətə yol vermədiyini deyib.

Təqsirləndirilən şəxs heç kimdən pul almadığını, jiletkanı təxminən 5 ay əvvəl kirayə qaldığı bağdan götürdüyünü və sadəcə həmin geyimdə ərazidə gəzdiyini bildirib. Əməlinə görə peşman olduğunu deyən C.V. barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə C.V.-yə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*