Bakının bəzi apteklərində tibbi spirt litrlə satılır.
KONKRET.az-ın xəbərinə görə, spirti litrlə satan apteklərdən biri də Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “BaVZa” aptekidir.
Həmin aptekdə əczaçı müştərilərə bildirib ki, bu tələb rəhbərlik tərəfindən qoyulub.
Bu və digər aptek rəhbərlərinin belə davranışı narazılığa səbəb olub. Qeyd olunub ki, işbazlar koronavirusla bağlı yaranan durumdan sui-istifadə edirlər.
Qeyd: Azərbaycan Prezidenti İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı maska çatışmazlığı məsələsinə toxunmuşdu və ciddi xəbərdarlıq etmişdi: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.
Pravda.az
