Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 2100 m² olan birmərtəbəli supermarketin daxilində yerləşən şirniyyat sexində 1 ədəd qaz sobası yanıb.
FHN-dən KONKRET.az-a verilən məlumata görə, supermarket yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.