Bakıda bu məktəbin qarşısında 18 yaşlı oğlan öldürüldübackend

Bakıda bu məktəbin qarşısında 18 yaşlı oğlan öldürüldü

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

TƏBİB-dən bildirilib ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*