Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının birinci iclası başlayıb.
KONKRET.az xəbər verir ki, “Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: Real imkanlar və müasir çağırışlar” mövzusundakı beynəlxalq konfransda açılış sözü ilə Baş prokuror Kamran Əliyev çıxış edib.
O, qonaqları salamlayıb və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.
