“Bakıda ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil” – Rövşən Ağayevbackend

"Bakıda ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil" – Rövşən Ağayev

“Ekologiya Nazirliyinin bu gün yayılan məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir – ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil”.

KONKRET.az xəbər verir ki, bunu sosial media hesabında iqtisadçı Rövşən Ağayev yazıb.

“Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir.

Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur.

Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir.

Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib.

Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*