Bakıda və rayonlarda külək güclənəcəkbackend

Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında iyunun 12-13-də, bəzi bölgələrdə 12-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*