Bakıda villa sahibləri dənizə gedən küçədə şlaqbaum quraşdırıb – VİDEObackend

Bakıda villa sahibləri dənizə gedən küçədə şlaqbaum quraşdırıb - VİDEO

Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.

KONKRET.az Caliber.az-a istinadən xəbər verir ki, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.

Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.

Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*