Bakıda vulkan püskürdü – VİDEO + YENİLƏNİBbackend

Bakıda vulkan püskürdü - VİDEO + YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Mərkəzindən KONKRET.az-a bildirilib ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi  h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik  enerjisi Е=0.6×107  təyin olunub.

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.

Lökbatan palçıq vulkanının episentr xəritəsi 

№ Tarix Vaxt

UTC

Koordinatlar h,

Δ km

ml Davam.

müddəti

φ λ
1 11.08.2022 05:36:47.06 40.30 49.71 3 1.4 5 dəq.12s

Lökbatan vulkanının dalğa forması 

***

11:15

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

KONKRET.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*