“Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğında heç bir xəsarət qeydə alınmayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib
Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.
