Bakıda yolun hərəkət hissəsində tikilən qanunsuz qeyri-yaşayış obyekti sökülüb.
KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi sosial şəbəkələrdə Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində aparılan özbaşına tikinti ilə bağlı yayılan görüntülərə dərhal reaksiya verərək qarşısını alıb.
Sentyabrın 9-da Baş İdarə tərəfindən sözügedən ünvanda şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində qanunsuz qeyri-yaşayış obyektinin tikintisi faktı aşkarlanıb. Baş İdarənin əməkdaşları Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə obyektin söküntüsünü təmin edib.
Nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa olunub.